Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
 
						Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
Əlavə olunub: 03.12.2025 | 19:01 | Baxılıb: 1537
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb.

“sirin.az” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, o, hakimiyyəti dövründə külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.

Sarkisyana qarşı 18 xüsusi külli miqdarda mənimsəmə, külli miqdarda çirkli pulların yuyulması və üç maddə üzrə bu növ əməllərə yardım ittihamı irəli sürülüb.

Onunla bağlı ölkədən çıxmamaq barədə yazılı öhdəlik seçilib.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti həm də dövlət büdcəsindən təxminən yarım milyard məbləğində vəsaitin oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi ona bəraət versə də, prokurorluq apelyasiya şikayəti verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.