Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 15:20 | Baxılıb: 1704
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada polis tərəfindən qorunur. 

“sirin.az” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “Europe 1” radiostansiyasına müsahibəsində bildirib. 

“Aydındır ki, o da digər vətəndaşlar kimi bir vətəndaşdır, lakin eyni zamanda, sabiq prezidentin üzləşə biləcəyi daha ciddi təhdidlər mövcuddur”, - o bildirib.

Nazir qeyd edib ki, Sarkozini həbsxanada qorumaq üçün polis əməkdaşlarının göndərilməsi haqqında qərarı şəxsən özü qəbul edib.

Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib. Oktyabrın 21-də isə 70 yaşlı siyasətçi cəzasını çəkəcəyi həbsxanaya yollanıb

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.