Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şavkat Mirziyoyev Prezidentə zəng etdi
 
						Şavkat Mirziyoyev Prezidentə zəng etdi
Əlavə olunub: 04.05.2025 | 16:30 | Baxılıb: 1730
Aprelin 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“sirin.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.

Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.