“sirin.az” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O, sədrliyi adıçəkilən ölkənin nümayəndəsinə təhvil verib.
***
Baş Assambleyanın plenar iclası çərçivəsində Sahibə Qafarovaya QDİƏTPA-nın şərəf medalı təqdim olunub.
***
QDİƏTPA-nın Baş katibi Asəf Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan yarım il bu təşkilata yüksək səviyyədə sədrlik edib:
“Bolqarıstan Parlamentinin spikerinin ilk qərarı ondan ibarət oldu ki, Azərbaycan Milli Məclisinin sədrinə şərəf ordeni verilsin. Bu, Sahibə Qafarovanın fəaliyyətinə yüksək qiymətdir. Bildiyiniz kimi, Azərbaycana 10 dövlətin nümayəndələri gəlib. Sabah iştirakçılar Qarabağa yola düşəcək. Bunlar hamısı onu göstərir ki, Azərbyacanda aparılan siyasət beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Sabah Qarabağa olan səfər də göstərir ki, bu ölkələr hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyir”.
Nuranə Daxilqızı