Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhidin 95 yaşlı atası vəfat etdi - Foto
 
						Şəhidin 95 yaşlı atası vəfat etdi 
							 - Foto
Əlavə olunub: 03.10.2025 | 15:11 | Baxılıb: 2471
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəlal İslamovun atası vəfat edib.

“sirin.az” “Shimal.news”a istinadən xəbər verir ki, şəhidin atası 95 yaşlı Ağahüseyn İslamov yaşadığı Xaçmaz rayonunda dünyasını dəyişib.

Şəhid atası bu gün rayonun Çarxı kəndində dəfn edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Cəlal İslamov 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.