Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səhnədə yenə huşunu itirdi
 
						Səhnədə yenə huşunu itirdi
Əlavə olunub: 05.19.2025 | 10:34 | Baxılıb: 5555
Türkiyəli müğənni Ziynet Salinin başına iş gəlib.

“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Çeşmə bölgəsində səhnəyə çıxan 50 yaşlı müğənni mahnı oxuyarkən özünü pis hiss edərək yerə yıxılıb. Bu zaman komandası onu dərhal səhnə arxasına aparıb.

Sali daha sonra açıqlama verərək artıq özünü yaxşı hiss etdiyini bildirib: “Dünən gecə səhnədə özümü çox pis hiss etdim. Səbəb qan təzyiqimin çox aşağı olması idi. Buna yorğunluq deyək... İndi yaxşıyam”.

Bu hadisə sənətçinin pərəstişkarlarını narahat edib. Çünki Ziynet Sali əvvəllər də oxşar sağlamlıq problemi yaşayıb. Belə ki, 2018-ci ildə Beylikdüzündə verdiyi konsert zamanı səhnədə halı pisləşən ifaçı huşunu itirərək səhnə arxasına aparılmışdı.






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.