Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.01.2025 | 13:44 | Baxılıb: 1228
Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların yeni reytinqini açıqlayıb.

“sirin.az” xəbər verir ki, Azərbaycanın kişi təmsilçilərindən Şəhriyar Məmmədyarov sıralamada 2 pillə irəliləməyi bacarıb. Onun aktivində 2742 xal var. Ş.Məmmədyarov bu nəticə ilə 14-cüdür.

Teymur Rəcəbov 2692 xalla 38-ci, Rauf Məmmədov 2655 xalla 62-ci, Eltac Səfərli 2630 xalla 100-cü yerdədir.

Sıralamanın lideri Maqnus Karlsendir (Norveç) - 2839 xal.

Qadın təmsilçilərimizdən isə ən yaxşı nəticə Ülviyyə Fətəliyevaya məxsusdur. O, 2410 xalla 35-cidir. Günay Məmmədzadə 2390 xalla 51-ci, Gövhər Beydullayeva 2362 xalla 73-cü, Xanım Balacayeva 2351 xalla 87-cidir.

Bu sıralamanın lideri isə çinli Hou İfandır - 2617 xal.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.