Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 17:52 | Baxılıb: 2000
Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Şəkidə də təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.

“sirin.az” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib. 

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.