Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 15:33 | Baxılıb: 614
Serbiyada parlament binasının yaxınlığında silahlı insident baş verib.

“sirin.az” “Kurir” nəşrinə istinadən xəbər verir ki, naməlum şəxs parlament yaxınlığında aksiya iştirakçılarının qurduğu çadır düşərgəsində atəş açıb. 

Bildirilib ki, o, 57 yaşlı bir nəfəri ayağından yaralayıb, çadırlardan birini yandırıb. 

Polis hadisəni törədən şəxsi saxlayıb. Onun adı açıqlanmasa da, 70 yaşı olduğu qeyd olunub. Yaralı isə xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə olmadığı qeyd olunub. 

Serbiya Prezidenti Aleksandr Vuçiç isə hadisənin terror aktı olaraq nəzərdən keçirildiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.