“sirin.az"in məlumatına görə, aktyor Furkan Andıç sosial şəbəkə hesabında sevgilisi Aybükeyə dəstək olub.
Andıç birgə fotolarını paylaşaraq “Yanındayam, gülüm” sözlərini yazıb.
Furkan da sevgilisinə dəstək olduğu üçün “TRT Tabii” üçün çəkilən “Muhabir” serialından kənarlaşdırılıb.
Xatırladaq ki, illərdir münasibətlərini gizli saxlayan məşhur aktyor cütlük Furkan Andıç və Aybüke Pusat birlikdə olduqlarını ilk dəfə “14 Fevral - Sevgililər Günü”ndə açıqlayıblar. Onlar “Her yerde sen” serialında da baş rolları bölüşüblər.