Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
 
						Sevgilisinin maşınını icazəsiz götürdü 
							 - Məhkəməlik oldular
Əlavə olunub: 06.23.2025 | 10:25 | Baxılıb: 2097
Qaradağ rayonu, Lökbatan qəsəbəsində sevgilisini ictimai yerdə təhqir edən şəxs inzibati məsuliyyətə cəlb edilib.

“sirin.az"in əldə etdiyi məlumata görə, hadisə iyunun 21-də baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Anar Kərimov (soyadlar şərtidir) sevgilisi Aytac Əhmədova və dostları ilə birgə qəsəbədəki restoranlardan birinə gedib. Onlar burada yeyib-içdikdən sonra Anar spirtli içkinin təsiri altında dostları ilə mübahisə edib. Anar Aytacdan ona məxsus maşınla dostlarını evə aparmasını istəyib.

Xanım isə avtomobilin açarını götürərək Anarın avtomobili ilə restorandan təkbaşına gedib. Bir qədər sonra avtomobilin yol polisi tərəfindən saxlanıldığı məlum olub. Anar dərhal həmin yerə gedərək mübahisə yaradıb, qızı söyərək təhqir etməyə başlayıb.

İctimai yerdə asayişi pozan 35 yaşlı kişi polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən şəxsə 50 manat cərimə tətbiq edilib və o sərbəst buraxılıb.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.