Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səyyar görüşdə problemlərin həlli ilə bağlı tapşırıqlar verildi - Fotolar
 
						Səyyar görüşdə problemlərin həlli ilə bağlı tapşırıqlar verildi 
							 - Fotolar
Əlavə olunub: 05.23.2025 | 14:57 | Baxılıb: 760
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qaçaqkənd kənd sakinləri ilə səyyar görüş keçirib.

“sirin.az” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İcra başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar kənd ərazisində bankomat və “Milliön” ödəmə terminalının quraşdırılması, tibb məntəqəsinə ixtisaslı həkim çatışmazlığı, əkin suyunda yaranan çətinlik və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olaraq müraciət edə bilərlər.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.