Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sezen Aksu beş ildən sonra qayıdır
 
						Sezen Aksu beş ildən sonra qayıdır
Əlavə olunub: 02.11.2025 | 01:01 | Baxılıb: 2545
Türk pop musiqisinin ulduzu Sezen Aksu 5 ildən sonra pərəstişkarlarına böyük sürpriz etməyə hazırlaşır.

“sirin.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu il 70 yaşını qeyd edəcək olan müğənni çoxdan gözlənilən yeni albomunu təqdim edəcək.

“Paşa Gönlümün Şarkıları” adını verdiyi albomda Sezen Aksunun köhnə mahnılarından səkkizinin yeni aranjemanları və üç tamamilə yeni mahnısı yer alacaq.

Son hazırlıqları davam edən albomun 14 fevral Sevgililər Günündə işıq üzü görməsi planlaşdırılır.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.