Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Sezen mücəvhər və ayaqqabı dizaynları hazırlayır”
 
						“Sezen mücəvhər və ayaqqabı dizaynları hazırlayır”
Əlavə olunub: 02.14.2025 | 07:14 | Baxılıb: 1721
Türkiyəli müğənni Emel Müftüoğlu yaxın dostu Sezen Aksu barədə mraqlı açıqlamalar verib.

“sirin.az” “Hürriyet”ə istinadən xəbər verir ki, Sezenin “Paşa Gönlümün Şarkıları” adını verdiyi albom barədə danışan Müftüoğlu bunları deyib:

“Çox gözəl mahnılar var. Məncə onlar bir-bir yayınlanmalıdır. Toplu olaraq təqdim edildiyi zaman bir çox mahnı boşa çıxır. Sezen əladır və bu günlərdə İstanbuldadır. O, həm də aranjimançı kimi çalışır. Onun etmədiyi iş yoxdur. Müxtəlif ixtiraları var. O, həmçinin mücəvhər və ayaqqabı dizaynları hazırlayır. Bunlar onun hobbisidir”.

Qeyd edək ki, bu il 70 yaşını qeyd edəcək olan Sezen Aksu çoxdan gözlənilən yeni albomunu təqdim edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.