“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İTU Stadionunda baş tutacaq konsertdə Timberleyki boşanacağı deyilən həyat yoldaşı Cessika Biel müşayiət edəcək.
Məlumata görə, məşhur aktyor Leonardo DiKaprio Timberleykin yaxın dostu olduğu üçün VİP qonaq kimi tamaşaçıların arasında yerini alacaq.
Qeyd edək ki, dünya ulduzu Castin Timberleyk daha əvvəl- iyulun 27-də Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edəcək.