Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şmıqal vəzifəsindən azad ediləcək - Zelenski açıqladı
 
						Şmıqal vəzifəsindən azad ediləcək 
							 - Zelenski açıqladı
Əlavə olunub: 07.14.2025 | 23:23 | Baxılıb: 1113
Ukraynanın hazırkı Baş naziri Denis Şmıqal Müdafiə Naziri olacaq.

“sirin.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb:

“Onun böyük təcrübəsi, şübhəsiz ki, müdafiə naziri rolunda dəyərli olacaq - məhz bu, ölkənin ən böyük resurslarının, ən ağır iş yükünün və ən yüksək məsuliyyətin hazırda olduğu sahədir”.

Bundan əvvəl isə Ukrayna lideri Yuliya Sviridenkonun hökümətə başçılıq etməsi təklifini irəli sürmüşdü.

Qeyd edək ki, hazırda müdafiə naziri vəzifəsini Rustem Umerov tutur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.