Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Son 15 ilin ən çox izlənəni oldu
 
						Son 15 ilin ən çox izlənəni oldu
Əlavə olunub: 03.21.2025 | 20:38 | Baxılıb: 5998
Türkiyənin maraqla izlənilən “Uzak Şehir” serialı reytinqləri alt-üst etməyə davam edir.

“sirin.az"in məlumatına görə, serial 18-ci bölümü ilə “Kanal D”nin son 15 ildə ən yüksək reytinqini qazanıb.

Maraqlı süjet xətti və güclü aktyor heyəti ilə diqqət çəkən serialın son bölümündə Cihan və Alya arasındakı gərgin münasibət, Meryem sirrinin açılması və sürpriz hadisələr sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, baş rollarını Ozan Akbaba (Cihan) və Sinem Ünsalın (Alya) canlandırdığı “Uzak Şehir” Livan serialı“Al Haybe”nin əsasında çəkilib. Serial yayımlandığı ilk gündən izləyicilərin marağını cəlb edib. Hər həftə reytinq sıralamalarında birinci olan serial, Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük maraqla izlənilir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.