Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Squid Game” rekorda imza atdı
 
						“Squid Game” rekorda imza atdı
Əlavə olunub: 07.03.2025 | 01:45 | Baxılıb: 2820
Cənubi Koreyanın “Squid Game” serialının üçüncü mövsümü (2021-2025) “Netflix” platformasında yayımlandıqdan sonra ilk həftədə baxış sayına görə rekorda imza atıb.

“sirin.az” xəbər verir ki, serial cəmi üç gün ərzində dünyanın hər yerindən 60,1 milyon tamaşaçı cəlb edib.

“Squid Game”in maraqla gözlənilən üçüncü və son mövsümü dünyanı fəth etdi. Premyerasından sonra bir həftə ərzində rekord baxış sayına görə ilk şou olaraq tarixə düşdü” , - “Netflix”in mətbuata açıqlamasında qeyd olunub.

Qeyd edək ki, “Squid Game” maddi çətinliklər üzündən gizli sağ qalmaq oyununda iştirak etməyə qərar verən bir qrup insan haqqındadır. 2021-ci ilin sentyabrında ilk premyerasından sonra layihə “Netflix” tarixində ən populyar serial olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.