“sirin.az"in məlumatına görə, məsələyə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov münasibət bildirib.
XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran Elnur Məmmədovun sözlərinə görə, bundan sonra rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir.
İki ölkə arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsinə gəlincə, dövlət rəsmisi bunun hələ tez olduğunu bildirib. Nazir müavini əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.