Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Sülh sazişi imzalanmağa hazırdır” - Ermənistan XİN
 
						“Sülh sazişi imzalanmağa hazırdır” 
							 - Ermənistan XİN
Əlavə olunub: 03.13.2025 | 17:49 | Baxılıb: 3128
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını təsdiq edib.

“sirin.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan XİN bu barədə bəyanat yayıb. 

Bildirilib ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə sülh sazişində razılaşdırılmayan iki maddə üzrə Azərbaycanın təklifini qəbul etdiyini Bakıya çatdırıb. 

“Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma yeri və tarixi barədə Azərbaycanla konsultasiyaları başlatmağa hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.