Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Sülh sazişinin dayanıqlı olmasına dəstək veririk”
 
						“Sülh sazişinin dayanıqlı olmasına dəstək veririk”
Əlavə olunub: 04.25.2025 | 13:55 | Baxılıb: 1979
“Burada olmaq çox gözəl hissdir. Azərbaycan regionda önəmli tərəfdaşdır”.

“sirin.az” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda XİN rəhbəri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycana Ukraynaya humanitar yardım göstərdiyinə, eləcə də COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığımı bildirirəm. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ən böyük sərmayədarıdır. Həmçinin Azərbaycanda minatəmizləməyə töhfə veririk”, - deyə Kallas qeyd edib.

O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını və sülh sazişinin dayanıqlı olmasına dəstək verdiklərini açıqlayıb. 

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.