
“sirin.az” “The Latin Times” nəşrinə istinadən xəbər verir ki, onun fikrincə, bu, Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağın yeganə yoludur.
“Təzyiqin və eskalasiyanın gücləndirilməsi - Maduroya getmək vaxtının gəldiyini başa salmaq üçün yeganə yoldur”, - o deyib.
Bundan əlavə, Maçado rejimin mümkün süqutundan sonrakı ilk 100 saat üçün konkret fəaliyyət planının olduğunu bildirib.
Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan o, seçkilərdə başqa namizədlə əvəzlənib. 58 yaşlı siyasətçi 2025-ci ilin oktyabrında Sülh üzrə Nobel mükafatına layiq görülüb.