Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sürünərək sərhədi keçib Xudafərində qazıntı apardılar - Video
 
						Sürünərək sərhədi keçib Xudafərində qazıntı apardılar 
							 - Video
Əlavə olunub: 05.11.2025 | 14:43 | Baxılıb: 14505
May ayının 11-i saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

Bu barədə “sirin.az”ya Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, İran ərazisindən Xudafərin körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran ərazisində saxlanılıb.

Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.

Müqabil tərəfdən verilən məlumata əsasən, saxlanılan şəxslərin İran vətəndaşları olduğu bildirilib.

Hazırda hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.