Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Tabeliyimizdəki heç bir zavodda partlayış olmayıb” - Rəsmi
 
						“Tabeliyimizdəki heç bir zavodda partlayış olmayıb” 
							 - Rəsmi
Əlavə olunub: 06.27.2025 | 00:12 | Baxılıb: 2123
“İyunun 26-da bəzi internet xəbər saytlarında Bakı şəhərində axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayışın baş verməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil”.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Sənayesi Nazirliyi yayıb. 

“MSN-in tabeliyində olan heç bir zavodda partlayış baş verməyib. Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Mətbuat xidməti ilə dəqiqləşdirmədən MSN ilə bağlı əsası olmayan belə məlumatların yayımlanmasında diqqətli olsunlar”, - məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.