Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tarladan qayıdan işçilər qəzaya düşdü - Fotolar+Yenilənib
 
						Tarladan qayıdan işçilər qəzaya düşdü 
							 - Fotolar+Yenilənib
Əlavə olunub: 06.21.2025 | 15:33 | Baxılıb: 2874
Biləsuvar rayonunda yol qəzası baş verib.

“sirin.az” xəbər verir ki hadisə rayon mərkəzi - Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili “Qazel” markalı sərnişin mikroavtobusuna çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Onların rayonun Xırmandalı kəndindən tarladan qayıdan işçilər olduğu bildirilir. 

Xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

***

Biləsuvarda qəzada xəsarət alanlar Bakı şəhər sakinləri, Təhminə Cəbrayılova (1994), Sevinc Cəbrayılova (1990) və rayonun Ağalıkənd kəndindən Hökumə İsmayılova (1971), Xırmandalı kəndindən Yeganə Hacıyevadır (1977).

Yarılalara zəruri tibbi yardım göstərilib.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.