Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.19.2025 | 21:45 | Baxılıb: 9735
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

“sirin.az"in məlumatına görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman ölkənin yeni prezidenti seçilib.

Nəticələr açıqlandıqdan sonra ilk münasibət MHP sədri Dövlət Baxçalıdan gəlib.

O, seçkilərin nəticələrinin qəbul edilməməsi lazım olduğunu bildirərək, Şimali Kipr parlamentinə çağırış edib.

“ŞKTC-də keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Seçkilərin nəticələri seçki komissiyası tərəfindən açıqlansa belə, KKTC parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıtmasının qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.