Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Televiziyada reytinq toplaya bilmədi - Yutubda milyonlar izləyir
 
						Televiziyada reytinq toplaya bilmədi 
							 - Yutubda milyonlar izləyir
Əlavə olunub: 03.28.2025 | 00:30 | Baxılıb: 23342
Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda yer aldığı “Eşref Rüya” serialı televiziya ekranlarında gözlənilən reytinqi toplaya bilməsə də, internet platformalarında böyük maraqla qarşılanıb.

“sirin.az” xəbər verir ki, sezona iddialı başlayan serial ilk bölümü ilə yutubda uğur qazanıb.

Belə ki, “Kanal D”nin rəsmi kanalında yayımlanan ilk bölüm qısa müddətdə 10 milyon baxışı keçib və hələ də sürətlə izlənilməyə davam edir.

“Eşref Rüya”nın televiziyada kifayət qədər izlənilməməsinin əsas səbəbi kimi eyni gündə yayımlanan “Sahipsizlər” serialı göstərilir. Görünən odur ki, tamaşaçılar əvvəldən alışdıqları “Sahipsizlər”i izləməkdən imtina etmək istəmirlər.

Buna baxmayaraq, güclü aktyor heyəti ilə seçilən “Eşref Rüya”nın gələcəkdə reytinqlərdə yüksəlmə ehtimalı böyükdür. Yutubda qazandığı populyarlıq serialın qarşıdakı bölümlərində televiziya izləyicisini də cəlb edəcəyini göstərir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.