Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Texasda daşqın qurbanlarının sayı 120-yə çatdı - Video
 
						Texasda daşqın qurbanlarının sayı 120-yə çatdı 
							 - Video
Əlavə olunub: 07.10.2025 | 15:18 | Baxılıb: 1177
ABŞ-nin Texas ştatında daşqın qurbanlarının sayı 120-yə çatıb.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 172 nəfər itkin düşüb.

Məlumata görə, daşqından ən çox zərər çəkən Kerr qraflığında 59 böyük və 36 uşaq həlak olub.

Qeyd edək ki, Texas ştatında güclü yağışlar nəticəsində iyulun 4-ü daşqınlar baş verib. İlkin olaraq 104 nəfərin öldüyü bildirilmişdi.

ABŞ Prezidenti Donald Tramp iyulun 6-sı ştatın Kerr dairəsində fövqəladə vəziyyət elan edib. O, iyulun 11-i daşqınlardan zərər çəkmiş bölgəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.