Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 15:06 | Baxılıb: 1792
“No Kings” (“Krallara yox!”) adlanan etirazların təşkilində milyarder Corc Sorosun və digər axmaq sol radikalların əli ola bilər”. 

“sirin.az” xarici mediaya istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp ifadə edib.

“Düşünürəm ki, bu, bir növ zarafatdır. Həmin insanlara baxdım və onlar bu ölkəni təmsil etmirlər. Mən bütün yeni plakatları gördüm... Təxmin edin, onları kim maliyyələşdirib? Soros və digər radikal solçu axmaqlar. Görünür, məhz belədir. Biz bu versiyanı yoxlayırıq”, - ABŞ lideri söyləyib.

Tramp həmçinin hökumət əleyhinə aksiyaların kiçik və çox səmərəsiz olduğunu əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.