Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
To Lam Şəhidlər xiyabanında - Fotolar
 
						To Lam Şəhidlər xiyabanında 
							 - Fotolar
Əlavə olunub: 05.08.2025 | 11:11 | Baxılıb: 1419
Ölkəmizdə dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam bu gün Şəhidlər xiyabanını ziyarət edib.

“sirin.az” xəbər verir ki, Baş katib To Lam Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.