“sirin.az” xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.
Hadisənin qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə tərəfindən törədildiyi bildirilir. Onun saxlanması istiqamətində polis tərəfindən tədbirlər görülür.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev