“sirin.az” xəbər verir ki, bu barədə “The Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, tədbir ABŞ quru qoşunlarının 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək. Belə ki, iyunun 14-də onun 79 yaşı tamam olacaq.
“Washington City Paper”in məlumatına görə, Pentaqondan Ağ Evə qədər parad iştirakçılarının düzülüşünün 6 km-dən çox uzanacağı gözlənilir.
Qeyd edək ki, Tramp ABŞ prezidenti kimi ilk müddətində Vaşinqtonda genişmiqyaslı hərbi parad təşkil etmək niyyətində olduğunu açıqlamışdı.