Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
 
						Tramp İranı Xamenei ilə hədələdi 
							 - “Qeyd-şərtsiz təslim”
Əlavə olunub: 06.17.2025 | 20:32 | Baxılıb: 7490
ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb.

“sirin.az” xəbər verir ki, Tramp bu haqda “Truth Social”da yazıb:

“Qeyd-şərtsiz təslim! Biz Ali liderin (red.- Seyid Əli Xamenei) harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Çünki onu öldürmək fikrində deyilik. Ən azından hələlik. Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını da istəmirik. Səbrimiz tükənir. Diqqətinizə görə təşəkkür edirik!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.