Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp onunla da görüşə bilər
 
						Tramp onunla da görüşə bilər
Əlavə olunub: 04.02.2025 | 23:00 | Baxılıb: 1692
ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əl-Şaraa ilə görüşə bilər.

“sirin.az” xəbər verir ki, bu barədə İsrailin “i24” telekanalı suriyalı mənbəyə istinadən məlumat yayıb.

“Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına gözlənilən səfəri zamanı Əhməd əl-Şaraa ilə görüşəcək”, - telekanal qeyd edib.

Görüşün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəçi kimi yardımı ilə təşkil ediləcəyi aydınlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.