
“sirin.az” xəbər verir ki, bu barədə Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri Orbanın ona şəxsən müraciət etdiyini təsdiqləyib:
“O bizdən istisna istədi. Biz vermədik, amma o xahiş etdi”.
Qeyd edək ki, Orban daha əvvəl bildirmişdi ki, noyabrın 7-də Tramp ilə görüşü zamanı ölkəsinin enerji asılılığı səbəbilə bu qərarı dəyişməyə nail olacağına ümid edir. O, Macarıstanın xammalın boru kəmərləri ilə idxalına tam bağlı olduğunu xatırladaraq, ABŞ-nin bu “xüsusi vəziyyəti” nəzərə almasını istəyib. Tramp isə vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyalarda heç bir ölkə üçün güzəşt etməyəcək.