Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp Putinə ayın sonuna kimi vaxt verdi
 
						Tramp Putinə ayın sonuna kimi vaxt verdi
Əlavə olunub: 04.12.2025 | 02:39 | Baxılıb: 3614
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Ukrayna ilə bağlı danışıqlar üçün aprel ayının sonunu şərti son tarix kimi nəzərdən keçirir və bu müddətə qədər Kremldən atəşkəs qərarı gözləyir.

“sirin.az” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, əgər ayın sonuna qədər prezident Vladimir Putin atəşkəsə razılaşmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

Qeyd olunur ki, bunlar həm Trampın icra fərmanı çərçivəsində sanksiyalar, həm də konqres tərəfindən qəbul edilmiş qanun səviyyəsində təsbit edilmiş sanksiyalar ola bilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.