Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp Xameneiyə məktub göndərib
 
						Tramp Xameneiyə məktub göndərib
Əlavə olunub: 03.07.2025 | 16:37 | Baxılıb: 4232
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayıb.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Tramp “Fox Business” telekanalına müsahibəsində açıqlayıb. 

Onun sözlərinə görə, məktubda İranın nüvə proqramına dair danışıqlar üzrə təklif verib: “Cümə axşamı İran liderinə məktub göndərmişəm, İranla saziş bağlamağa üstünlük verərdim”.

O, həmçinin İranın nüvə silahı əldə etməməli olduğuna dair fikrini bir daha təkrar edib, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.