Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampdan gözlənilən açıqlama gəldi
 
						Trampdan gözlənilən açıqlama gəldi
Əlavə olunub: 06.13.2025 | 10:42 | Baxılıb: 8932
“İsrailin İrana hücumları barədə əvvəlcədən məlumatım var idi”​.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

İsrailin İrana hücumlarına görə Tehrandan cavab gözlədiyini qeyd edən Tramp, lazım gələrsə, İsraili müdafiə edəcəklərini vurğulayıb.

O bildirib ki, İran nüvə silahına sahib ola bilməz.

“Biz yenidən danışıqlar masasına qayıtmağa ümid edirik. İran tərəfdən bir neçə nəfər öldüyü üçün onlar danışıqlar masasında olmayacaq”, - Tramp qeyd edib.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdə ABŞ-nin də məsuliyyət daşıdığını bildirib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.