
“sirin.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, hərəkata bu barədə məlumat verilib:
“Əgər mən HƏMAS-ın tərksilah olmasını istəyirəmsə, onları çox tez bir zamanda tərksilah olmağa vadar edərəm. Onlar məhv ediləcəklər, bunu bilirlər”.
Xatırladaq ki, oktyabrın 28-də İsrail ordusu atəşkəs barədə razılığa baxmayaraq, Qəzzaya bir neçə aviazərbə endirib. HƏMAS rəhbərliyi isə barışığa riayət etdiyini bildirib. Daha sonra D,Tramp zərbələrin barışığa təsir etməyəcəyini bəyan edib. O bu zaman qeyd etmişdi ki, İsrail anklava zərbə endirmək hüququna sahibdir və HƏMAS özünü “yaxşı aparmalıdır”.