Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampı Ukraynaya dəvət etdi
 
						Trampı Ukraynaya dəvət etdi
Əlavə olunub: 04.14.2025 | 12:55 | Baxılıb: 1785
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampı ölkəsinə dəvət edib.

“sirin.az” xəbər verir ki, Zelenski bu barədə “CBS News”un “60 dəqiqə” proqramında çıxışı zamanı danışıb.

O, Rusiya ordusunun hava zərbələrini davam etdirdiyini bildirərək Trampı Ukraynaya səfərə dəvət edib və hücumun nəticələrini görməyə çağırıb: “Gəlin, görün, sonra müharibəni necə bitirmək barədə planla hərəkət edək. Kiminlə razılaşmalı olduğunuzu, Putinin nə etdiyini başa düşəcəksiniz. Ancaq xahiş edirəm, hər hansı qərar qəbul etməzdən, danışıqlar üçün hər hansı plan qurmazdan əvvəl gəlin və məhv edilən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın.

Putinin məqsədi Rusiya İmperiyasını bərpa etmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, bunun dünya müharibəsinə çevrilə biləcəyinə inanıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.