Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampın dövründə ABŞ-yə ilk rəsmi səfərini edir
 
						Trampın dövründə ABŞ-yə ilk rəsmi səfərini edir
Əlavə olunub: 03.24.2025 | 14:39 | Baxılıb: 1888
Türkiyənin xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ABŞ-yə ilk rəsmi səfərini edəcək.

“sirin.az” xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

Görüş zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq. Bu zaman terrorla mübarizə məsələsi də gündəmdə olacaq. 

Həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasında Türkiyə ilə ABŞ arasında əməkdaşlığın təkmilləşdirilməsi də danışılacaq. Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini xatırladacaq, Türkiyənin atəşkəsə töhfə verməyə hazır olduğunu vurğulayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.