Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 01:25 | Baxılıb: 1009
Macarıstanın Baş naziri Viktor Orban ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

“sirin.az” xəbər verir ki, Macarıstanın baş naziri bu barədə “Mandiner” jurnalına müsahibəsində bildirib.

Orbanın sözlərinə görə, gözlənilən danışıqların vaxtı və mövzuları 80% razılaşdırılıb.

O, Co Bayden administrasiyası tərəfindən ləğv edilmiş ABŞ ilə ikiqat vergitutma müqaviləsinin yenilənməsində maraqlı olduğunu bildirib. Baş nazir əlavə edib ki, bu sazişin bərpası Budapeşt və Vaşinqton arasında işgüzar əlaqələrin gücləndirilməsində mühüm addım olardı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.