Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampla həmin qərarı müzakirə etdilər
 
						Trampla həmin qərarı müzakirə etdilər
Əlavə olunub: 04.03.2025 | 22:11 | Baxılıb: 1264
İsrailin Baş naziri Benyamin Netanyahu və macar həmkarı Viktor Orban ABŞ Prezidenti Donald Trampla danışıb.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisindən bildirilib.

Məlumata görə, baş nazirlər Trampla Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxması qərarını müzakirə ediblər:

“Netanyahu və Orban bu gün ABŞ Prezidenti ilə Macarıstanın BCM-dən çıxmaq qərarı və bununla bağlı atılacaq addımlar barədə danışıblar”.

Qeyd edək ki, Macarıstan Baş nazirinin administrasiyasının rəhbəri Qerqey Qulyaş israilli siyasətçinin respublikaya səfəri fonunda ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxacağı qərarına gəldiyini açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.