“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı yayıb.
“İsrail Baş naziri mayın 7-si axşam saatlarında “Kanaf Zion” adlı hökumət təyyarəsi ilə Azərbaycana yollanacaq”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, “The Times of Israel” portalı Netanyahunun Azərbaycana səfərinin 5 gün davam edəcəyini bildirib.