Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə səfirliyindən Azərbaycana başsağlığı
 
						Türkiyə səfirliyindən Azərbaycana başsağlığı
Əlavə olunub: 03.21.2025 | 21:39 | Baxılıb: 6842
Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“sirin.az” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.