Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə Super Liqasında legioner limiti qaydaları dəyişdi
 
						Türkiyə Super Liqasında legioner limiti qaydaları dəyişdi
Əlavə olunub: 04.18.2025 | 23:05 | Baxılıb: 2677
Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsümdə Türkiyə Super Liqasında meydana çıxacaq legioner sayını təsdiqləyib.

“sirin.az” xəbər verir ki, 2025/2026 mövsümündən klublar sifariş ərizəsinə 14 əcnəbi futbolçu daxil edə biləcəklər.

Əvvəlki illərdən fərqli olaraq TFF bu dəfə yaş limiti tətbiq edib. Qaydaya görə, ilk mövsümdə 14 futbolçudan ikisinin yaşı 01.01.2003 tarixindən daha gənc olmalıdır. Bu rəqəm 2026/2027 mövsümündən 4-ə yüksələcək.

Hazırda da Super Liqada əcnəbi oyunçu 14-ə bərabərdir. Sadəcə klublar bunlardan 12-ni oyun heyətinə cəlb etmək hüququna malikdilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.