Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə dönərdən zəhərlənənlərin sayı 648-ə çatdı - Yenilənib
 
						Türkiyədə dönərdən zəhərlənənlərin sayı 648-ə çatdı 
							 - Yenilənib
Əlavə olunub: 04.04.2025 | 01:22 | Baxılıb: 2948
Türkiyənin Kocaeli vilayətində 300 nəfər dönərdən zəhərlənib.

“sirin.az” “Cümhuriyet”ə istinadən xəbər verir ki, hadisə vilayətin Körfez bölgəsində qeydə alınıb.

Bildirilib ki, ictimai iaşə obyektlərindən birindən dönər alan çox sayda insan ürəkbulanma və qaytarma şikayəti ilə xəstəxanaya müraciət edib. 

Hazırda iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Sözügedən obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

Hadisə ilə bağlı araşdırma başladılıb.

***

Kocaeli vilayətində dönərdən zəhərlənənlərin sayı 648 nəfərə çatıb.

“TRT Haber”in məlumatına görə, hadisə ilə bağlı dönərxana sahibi olan 2 şəxs həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.