Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə gündəm olan qayınana və kürəkəni həbs edildi
 
						Türkiyədə gündəm olan qayınana və kürəkəni həbs edildi
Əlavə olunub: 04.16.2025 | 23:41 | Baxılıb: 12440
Türkiyədə televiziya proqramında münasibətlərinin olduğu iddia edilən 47 yaşlı qayınana Güldane Şahin və kürəkəni 21 yaşlı Cuma Doğan həbs edilib.

“sirin.az"in məlumatına görə, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Sülh Cəza Məhkəməsi tərəfindən açılan araşdırmada qayınana və kürəkən barəsində “xüsusi təhdid” maddəsi ilə həbs qərarı çıxarılıb.

21 yaşlı Cuma Doğanın 21 yaşlı nişanlısı, fiziki məhdudiyyətli Dilek Şahinə şiddət göstərdiyi də iddia olunub.

Bununla yanaşı Cumanın fərari olduğu da məlum olub. O, həbsə göndərilərkən əməllərindən peşman olmadığını bildirib.

Xatırladaq ki, Esra Erolun proqramına qatılan bəyin rahat davranışları diqqət çəkmişdi. Proqramda Güldanənin (red.- qayınana) Cumadan 3 aylıq hamilə olduğu öyrənilmişdi. Bu da Türkiyə gündəmində geniş müzakirələrə yol açmışdı. Onlar veriliş zamanı polis tərəfindən saxlanılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.