Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə neft tankeri yandı
 
						Türkiyədə neft tankeri yandı
Əlavə olunub: 04.08.2025 | 20:05 | Baxılıb: 1194
Türkiyənin İzmit körfəzinin Kocaeli rayonu ərazisində bir neft tankerinin maşınxanasında yanğın baş verib.

“sirin.az” xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

Sinqapur bayraqlı “Hafnia Africa” tankerindən göndərilən yanğın xəbərdarlığı ilə bağlı Sahil Təhlükəsizliyi Baş İdarəsi (KEGM) əraziyə ehtiyat gəmilər və xilasetmə qayıqları göndərib.

Məlumata görə, yanğın gəmi personalı tərəfindən nəzarət altına alınıb. Söndürülməsi üzrə işlər görülür. Xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbi məlum deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.