
“sirin.az” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, istifadəçilər sentyabrın 8-nə keçən gecədən başlayaraq instaqram, yutub, “X”, feysbuk və vatsapda problemlə üzləşiblər.
Şikayətlərə əsasən, həmin sosial şəbəkələrdə mesajlar gec gedir, eləcə də əsas səhifə yenilənmir.
Sosial media platformalarından, eləcə də rəsmi qurumlardan məsələ ilə bağlı hələ açıqlama verilməyib.